Tailanddakı kurortda partlayışlar baş verib: həlak olanlar var
12 avqust, 2016 13:07
Tailandın tanınmış Hua Hin kurortunda baş verən iki partlayış nəticəsində üç nəfər həlak olub. Tərkibində əsasən əcnəbilərin olduğu 35 nəfərin yaralandığı da bildirilir.
1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, partlayışlar Tailandın mərkəzi hissəsində, Banqkokun cənubunda yerləşən sahil kurortundakı əyləncə sahəsində avqustun 11-də yerli vaxtla gecə saat 23 radələrində törədilib.
Partlayışların əsasən əcnəbilərə qarşı törədildiyi bildirilir. Həmin rayonda əcnəbi turistlər arasında populyarlığı ilə seçilən restoranlar və barlar yerləşir.
1news.az

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı