Pakistanın Kvetta şəhərində baş vermiş partlayış nəticəsində azı 12 nəfər xəsarət alıb, bu barədə Express Tribune məlumat yayır.
İlkin məlumata görə, zirehdələn mərmi-fuqas partlayıb. Bəlucistan vilayətinin daxili işlər naziri Mir Şərfəraz Buqti bildirib ki, partlayıcı qurğu yerləşdirən terrorçuların hədəfi vilayətin federal şəriət məhkəməsinin hakimi Zahur Şavani ola bilərmiş.
Onun sözlərinə görə, hakimin kortejini müşayiət edən antiterror xidməti əməkdaşları yaralanıb.
1news.az
09:20
Pakistanın Kvetta şəhərində özəl klinikalardan birinin yaxınlığında baş vermiş partlayış nəticəsində azı dörd nəfər xəsarət alıb.
Partlayışın dəqiq səbəbi məlum deyil.
Qeyd edək ki, bu, Bəlucistan vilayətinin paytaxtında bu həftə ərzində baş vermiş ikinci partlayışdır. Avqustun 8-də Kvettanın mərkəzi xəstəxanalarının birində partlayış olmuşdu. Bu olay Bəlucistan Hakimlər Kollegiyası Assosiasiyasının prezidenti Bilal Ənvər Kasinin öldürülməsindən bir neçə saat sonra baş vermişdi.
Partlayış nəticəsində 93 nəfər həlak olmuşdu. Terror hücumuna görə məsuliyyəti əvvəlcə “Taliban” radikal hərəkatı, ardından isə İŞİD terror qruplaşması üzərinə götürüb.
Mövzu ilə əlaqədar oxuyun:
Pakistanda baş vermiş partlayış nəticəsində ölənlərin sayı 93 nəfərə çatıb – FOTO –YENİLƏNİB
İŞİD Pakistanda həyata keçirilən teraktı öz üzərinə götürdü
RİA Novosti