Xəbərlər

Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin emblemində dəyişikliklər ediləcək
11 avqust, 2016 21:40

Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin emblemi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 25 mart tarixli 216 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Fərman imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi məlumata əsasən, Fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin emblemi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 25 mart tarixli 216 nömrəli Fərmanını “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 dekabr tarixli 706 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

“Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin emblemi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 25 mart tarixli 216 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 3, maddə 174) aşağıdakı dəyişikliklər edilsin:

1. Adında və mətnində (hər iki halda) “Milli Təhlükəsizlik Nazirliyinin” sözləri “Dövlət Təhlükəsizliyi Xidmətinin” sözləri ilə əvəz edilsin.

2. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin emblemi haqqında Əsasnamə” üzrə:

2.1. adında,1-ci hissəsinin birinci və ikinci cümlələrində, 2-ci hissəsində, 3-cü hissəsində (hər üç halda) və 4-cü hissəsinin birinci, ikinci və üçüncü abzaslarında “Milli Təhlükəsizlik Nazirliyinin” sözləri “Dövlət Təhlükəsizliyi Xidmətinin” sözləri ilə əvəz edilsin;

2.2. 1-ci hissəsinin birinci cümləsində “milli təhlükəsizlik” sözləri “dövlət təhlükəsizliyi” sözləri ilə əvəz edilsin;

2.3. 2-ci hissəsində “Nazirliyin” sözü “Xidmətin” sözü ilə, “Milli Təhlükəsizlik Nazirliyinə” sözləri “Dövlət Təhlükəsizliyi Xidmətinə” sözləri ilə əvəz edilsin.

3. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin rəsmi embleminin təsviri” üzrə:

3.1. adında, birinci hissəsində və emblemin şəklinin adında “Milli Təhlükəsizlik Nazirliyinin” sözləri “Dövlət Təhlükəsizliyi Xidmətinin” sözləri ilə əvəz edilsin;

3.2. ikinci hissəsinin birinci cümləsində “MİLLİ TƏHLÜKƏSİZLİK NAZİRLİYİ” sözləri “DÖVLƏT TƏHLÜKƏSİZLİYİ XİDMƏTİ” sözləri ilə əvəz edilsin;

3.3. emblemin şəkli yenisi ilə əvəz edilsin (əlavə olunur)”.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.