Yanan təyyarədən qurtuldu, 1 milyon dollar uddu
11 avqust, 2016 19:28
Dubayda fövqəladə eniş edən təyyarənin sərnişinlərindən birinin, sözün əslində, “bəxti açılıb”.
1news.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən, hindistanlı Məhəmməd Bəşir Abdel Hadar təyyarəyə minməmişdən 1 həftə əvvəl lotoreya bileti alıb.
Bilet uğurlu olub və o, 1 milyon dollar sahiblənib.
Hindistanın Kerala ştatından olan Hadar Dunbayda avtomobil satışı salonunda işləyir.
4 aydan sonra Hadar təqaüdə çıxmalı idi.
1news.az