Xəbərlər

Azərbaycanlı atlet dünya rekordunu qıraraq Olimpiya qızılını qazandı
11 avqust, 2016 13:11

Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən Yay Olimpiya Oyunları davam edir.

1news.az-ın məlumatına görə, Qazaxıstan yığmasının şərəfini qoruyan azərbaycanlı idmançı Nicat Rəhimov Rio Yay Olimpiya Oyunlarında ağırlıqqaldırma üzrə qızıl medal qazanıb.

Belə ki, ümumi nəticədə 379 kq çəkinin öhdəsindən gələn həmyerlimiz qızıl medal qazanmaqla yanaşı, təkanla qaldırmada 214 kq-lıq nəticə ilə yeni dünya rekordu müəyyən edib. Bu, həm də Qazaxıstanın Rioda qazandığı ilk medalı olub.

Rioda bu çəkidə ikinci yeri Siaoyun (177 kq + 202 kq = 379 kq), üçüncü yeri misirli Youssef Mahmud (165 kq + 196 kq = 361 kq) tutub.

Qeyd edək ki, N.Rəhimov Azərbaycanda anadan olub. O, 2010-cu ildə ölkəmizə Sinqapur Yay Olimpiya Oyunlarının qızıl medalını qazandırmaqla yanaşı, həmin ildə Avropa çempionu tituluna da yiyələnib. 

2014-cü ildə Azərbaycan yığmasından imtina edən 23 yaşlı idmançı Qazaxıstan vətəndaşlığını seçərək bu ölkənin şərəfini qorumağa başlayıb.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.