Azərbaycanın ümumi təhsil müəssisələrinə mərkəzləşdilirmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin üçüncü mərhələsi (vakansiya seçimi) başa çatıb.
1news.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, 4-7 avqust tarixlərində keçirilən vakansiya seçiminə müvafiq keçid balını toplayan bütün namizədlər qatılıb.
Nazirlikdən bildirilib ki, iştirakçılardan 2371 nəfəri növbəti mərhələyə keçmək hüququ əldə edib.
Məlumata görə, müvafiq keçid balını toplayan, lakin topladığı bal seçdiyi vakant yer üçün kifayət etməyən, bununla da müsahibə mərhələsinə keçmək hüququ qazanmayan namizədlər növbəti yerləşdirmədə iştirak edə bilərlər. Tutulmayan və tədris ili başlayanadək yeni yaranan vakant yerlər isə növbəti yerləşdirmədə elan ediləcək.
Növbəti yerləşdirmənin keçirilmə tarixi barədə əlavə məlumat veriləcək.
1news.az