Tereza Mey baş nazir olandan bəri ilk dəfə Rusiya prezidenti Vladimir Putinlə telefonla danışıb.
1news.az-ın BBC-yə istinadən verdiyi məlumata əsasən, hər iki lider Böyük Britaniya-Rusiya əlaqələrindən narazılığını bildirib və münasibətləri inkişaf etdirməklə bağlı vəd veriblər.
Tərəflər danışıqda razılaşıb ki, hava hücumundan müdafiə sahəsində əməkdaşlıq terrorizmə qarşı mübarizədə əsas hissədir.
Hər iki lider gələn ay Çində baş tutacaq G20 sammitində görüşəcək.
İki ölkə arasında münasibətlər, 2006-cı ildə keçmiş Rusiya agentliyinə işləyən xəfiyyə Aleksandr Litvinenkonun zəhərlənib öldürülməsinə görə Böyük Britaniyanın prezident Putini günahlandıran və hadisənin onun təsdiqi ilə baş verməsi "ehtimal" edildiyi deyilən sorğusundan sonra gərginləşmişdi.
Digər mübahisəli məsələlər Rusiyanın Suriya rejimini dəstəkləməsi, Krımın ilhaq olunması və Ukraynada müharibə aparması və qərbin Rusiyaya qarşı sanksiyaları ilə bağlıdır.
1news.az