İmişlidə zəlzələ olub
10 avqust, 2016 16:23
Avqustun 10-da İmişlidə 3,0 bal gücündə zəlzələ baş verib.
1news.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 14:30-da Beyləqandan 35 kilometr şimal-şərqdə, İmişli rayonu ərazisində qeydə alınıb.
Yeraltı təkanın ocağı 28 kilometr dərinlikdə yerləşib.
Zəlzələ hiss olunmayıb.
1news.az