Xəbərlər

ANS məhkəmədən yenə əliboş qayıtdı - FOTO
10 avqust, 2016 14:51

Bu gün “ANS” Müstəqil Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı şikayətinə baxılıb.

1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, iclasa Bakı Apellyasiya Məhkəməsində hakim Elşanə Vəliyeva sədrlik edib.

ANS-in şikayəti “İnzibati aktın etibarsız hesab edilməsi” ilə bağlı verib. Xatırladaq ki, MTRŞ yayımın müvəqqəti dayandırılması barədə 18 iyul 2016-cı il tarixli qərar vermişdi.

Məhkəmədə Vahid Mustafayev və Mirşahin Ağayev başda olmaqla ANS kollektivi, o cümlədən, journalist Qənirə Ataşova da iclasda iştirak ediblər.

ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev çıxış edərək bildirib ki, istinad etdikləri qanun maddəsi Apellyasiya Məhkəməsinin ünvanını göstərir:

“Əgər qanunda hansısa anlaşılmazlıq varsa, bunun üçün presidentimiz var. Nəzərə alın ki, söhbət canidən, düşməndən getmir. Mindən çox əməkdaşı olan böyük şirkətdən gedir. Hansı ki, bu şirkət ağır durumdadır, işçiləri işsiz, maaşsız qalıb. Biz iddiaçı tərəf olaraq məhkəmədən xahiş edirik ki, ANS-in bu ağır vəziyyətinə son qoysun”.

Sonda qərarı açıqlayan hakim ANS-in iddiasını təmin etməyib. Bildirilib ki, bu işə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılmalıdır.

İclasdan sonra jurnalistlərin suallarını cavablandıran Mirşahin Ağayev isə bildirib ki, məsələnin qanun çərçivəsində həllini tapacağına inanırlar:

“Biz dövlətin müəyyən instansiyası olan məhkəməyə müraciət etmişik. Əgər bu məhkəmənin qərarından narazı qalsaq, digər instansiya məhkəmələrinə müraciət edəcəyik. Ancaq məsələnin qanun çərçivəsində həllinin tərəfdarıyıq. Beynəlxalq təşkilatlar da bu işlə maraqlanır. Onları maraqlandıran suallar var. Cavablarını müxtəlif səviyyələrdə verənlər var. Biz də o sualların cavablarını imkan düşdükcə veririk. Lakin bu cavablar heç bir halda Azərbaycan dövlətinin imicinə zərər gətirmir. Biz dövlətdən dəstək gözləyirik və dövlətimizə inanırıq. Dövlətimiz olan yerdə başqalarından heç nə istəmirik”, - deyə M.Ağayev söyləyib.

O sözlərinə əlavə edib ki, yaranmış anlaşılmazlıq, 25 illik tarixi olan kanalın fəaliyyətinin dayandırılması pozitiv deyil:

“Belə bir qərarı dəyişdirmək gücü olan dövlətimiz var. Biz inanırıq ki, qanunlarla ədalət bərpa olunacaq. Buna inanmasaq bu gün burda olmazdıq. Azərbaycanın müstəqillik yaşı ilə həmyaşıdıq”.

1news.az

Foto: Qafqazinfo.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.