Braziliyada təşkil olunan Yay Olimpiya Oyunları davam edir.
1news.az xəbər verir ki, cüdo yarışlarında ölkəmizi təmsil edən Rüstəm Orucov ölkəmizin hesabına ilk medal yazdırıb.
73 kq çəki dərəcəsində çıxış edən Orucov mübarizəyə 1/16 final mərhələsindən start verib. O, Didar Həmzəni (Qazaxıstan) sınağa çəkib. Görüş həmyerlimizin qələbəsi ilə başa çatıb.
1/8 finalda avstraliyalı Jak Benstedlə qarşılaşan Orucov bu rəqibini də ipponla məğlub edib.
Rüstəm yarımfinala çıxmaq üçün macarıstanlı Miklos Unqvari ilə görüşüb. Vazari xalı ilə qələbə qazanan Orucov finala bir az yaxınlaşıb.
Cüdoçumuz yarımfinal mərhələsində israilli Saqi Muki ilə mübarizə aparıb. Gərgin keçən döyüşdə rəqibini yuka xalı ilə yenən idmançımız finala yüksələrək, həm də ilk medalımızı təmin edib.
Orucovun finaldakı rəqibi yaponiyalı Ono Şohei olub. Təəssüf ki, qızıl uğrunda görüş Orucov üçün uğursuz alınıb. Rionu “gümüş”lə başa vuran idmançımız Azərbaycanın hesabına ilk medal yazdırıb.
Qeyd edək ki, millimiz Rioda 6 cüdoçu ilə təmsil olunsa da, onlardan artıq 2-si Orxan Səfərov (60 kq) və Nicat Şıxəlizadə (66 kq) mübarizəni medalsız başa vurub.
1news.az