Yaponiyanın xarici işlər naziri Fumiyo Kişida Çin səfirinə iki ölkə arasında münasibətlərin pisləşdiyini bildirib.
1news.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən, F.Kişida gərginliyin azalması üçün rəsmi Pekinin öz gəmilərini Şərqi Çin dənizindəki mübahisəli akvatoriyadan çıxarmalı olduğunu bildirib.
“Yaponiya Çinin, biritərəfli şəkildə gərginliyin artırılmasına yönələn, addımlarını qəbuledilməz sayır”, - deyə nazir bildirib.
Çinin Yaponiyadakı səfiri Çen Yonqua avqustun 9-u Yaponiyanın XİN-ə çağrılıb.
Ç.Yonqua öz növbəsində mübahisəli adaların Çinin ayrılmaz hissəsi olduğunu bildirib.
“İki ölkənin iddia etdiyi adalar Çinə aiddir. İki xalqın mübahisəsi diplomatiya və dialoq yolu ilə həll olunmalıdır”, - deyə səfir bildirib.
1news.az