Amnesty İnternational: Efiopiya etirazlarında 100-ə yaxın adam öldürülüb
09 avqust, 2016 17:24
Efiopiyada ötən həftəsonu baş verən etirazlarda 100-ə yaxın adam öldürülüb.
1news.az-ın BBC-yə istinadən verdiyi məlumata əsasən, bu haqda Amnesty International xəbər verir.
Ölkənin müxtəlif yerlərində etirazçılarla təhlükəsizlik işçiləri arasında toqquşmalar baş verib.
İnsan haqları qrupu deyir ki, ən ölümcül hadisə Bahir Dar şəhərində baş verib - burada bazar günü 30 adam ölüb.
Hakimiyyət deyib ki, Bahir Darda 7 adam həlak olub və təhlükəsizlik işçiləri etirazçıların zorakılığına cavab verirdi.
Son aylar ərzində Efiopiyada görünməmiş etirazlar dalğası davam edib.
Oromo və Amhara ərazilərinin sakinləri siyasi və iqtisadi baxımdan təcrid olunmalarından şikayətçidir.
1news.az