Prezident İlham Əliyev “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycanın elektrik şəbəkələrində aparılan islahatların 10 illiyi ilə əlaqədar, elektroenergetika sahəsində səmərəli fəaliyyətinə görə “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin aşağıdakı işçiləri “Tərəqqi” medalı ilə təltif edilsinlər:
Abbasov Etibar Bilal oğlu
Abdullayev Oruc Abdulla oğlu
Allahverdiyev Fikrət Nəsir oğlu
Beydullayev Əhməd Ələkbər oğlu
Cəfərova Sevinc Ramiz qızı
Qurbanov Ramiz Balakoviç
Mehdiyev Mirzə Əli oğlu
Nuriyev Umaxan Əhmədağa oğlu
Razakova Zemfira Sergeyevna
Sərdarov Oktay Məhəmmədəli oğlu”.
1news.az