İran pokemonları “tutmağa” qadağa qoyan ilk ölkə oldu
08 avqust, 2016 11:30
İran rəsmi surətdə Pokemon Go oyununu qadağan edən ilk ölkə oldu.
1news.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən, bu qərarı virtual təhlükəsizlik üzrə Ali Şura qəbul edib.
Qadağaya səbəb kimi “təhlükəsizliyə təhdid” göstərilir.
Qeyd edək ki, ölkədə internetə girişə müəyyən məhdudiyyət qoyulmasına baxmayaraq iranlılar arasında oyun böyük populyarlıq qazanıb.
1news.az