ABŞ-ın Hərbi hava qüvvələri naziri Debora Li Ceyms ölkənin milli təhlükəsizliyinə “1№-li təhdidin” Rusiya olduğunu bildirib.
1news.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən, o, Rusiyanın ABŞ-ın mövcudluğuna təhlükə yaradan nadir ölkələrdən biri olduğunu söyləyib.
“Onların nüvə silahı var, son dönəmlərdə isə özlərini çox aqressiv aparırlar. Bundan əlavə öz ordularına sərmayə yatırır, məşqlər keçirirlər”, - deyə, D.L.Ceyms FoxNews telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, məhz buna görə ABŞ və onun tərəfdaşları narahatdırlar.
“Ukrayna hadisələri – Krımın qanunsuz anneksiyası, Donbasda atəşkəs rejiminin pozulması, insanların əziyyət çəkməsi və ölməsi qismən Rusiyanın həyata keçirdiyi addımlarla bağlıdı”, - nazir vurğulayıb.
1news.az