Bu gün Azərbaycanın xalq artisti, aktyor Rasim Balayev və görkəmli sənətkar Akif İslamzadə 68 yaşlarını qeyd edirlər.
1news.az xəbər verir ki, Balayev Rasim Əhməd oğlu 8 avqust 1948-ci ildə Ağsu rayonunda anadan olub.
1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib.
Rasim Balayev ilk dəfə Bakı kinostudiyasında "Ulduzlar sönmür" filmində kiçik bir rolda çəkilib. "Nəsimi", "Babək" və "Dədə Qorqud" filmlərindəki rolları ilə tamaşaçıların sevgisini qazanıb. "Özbəkfilm", "Mosfilm", və başqa studiyalarda filmlərə çəkilib. Bir sıra orden və medallarla təltif olunub.
Akif İslamzadə 1948-ci ildə Bakıda anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. İxtisasca istehlakçı mühasibdir. İfaçılığa 1972-ci ildə Rəşid Behbudov adına Mahnı Teatrının vokalisti kimi başlayıb. 1992-1993-cü illərdə Bakı şəhəri baş Mədəniyyət İdarəsinin rəisi olub.
Müğənni “Alagözlüm”, “Sarı gəlin”, “Bu gecə” ifaları ilə Azərbaycan musiqisinə möhürünü vurub. Böyük sənətkarın səsinin tutulması isə bütövlükdə Azərbaycan mədəniyyəti üçün faciə hesab oluna bilər. Lakin, onun səsi, unudulmaz ifası və mahnıları tarixə əbədi həkk olunub.
1news.az