Fransalı gimnast Olimpiyadada ayağını qırdı
08 avqust, 2016 09:32
Rio Olimpiyadasında Fransanı təmsil edən gimnast Samir Ayt Səid dəhşətli zədə alıb.
1news.az-ın xarici KIV-lərə istinadən verdiyi məlumata əsasən, komanda yarışları çərçivəsində çıxışı zamanı idmançı ayağını sındırıb.
Tamaşaçıların dediklərinə görə, gimnastın ayağının sınması səsi bütün arenaya yayılıb.
Hətta televiziya vasitə isə ilə yarışları izləyən bir neçə tamaşaçı şok yaşadığından həkimə müraciət etməli olublar.
Dəhşətli zədə alan idmançı onu alqışlayan tamaşıçalara əlini qaldıraraq təşəkkürünü bildirib və xəstəxanaya çatdırılıb.
1news.az