Xəbərlər

InvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
08 avqust, 2016 16:45

InvestAZ investisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib:

EUR

Avro/dollar valyuta cütlüyünün qiyməti son bir həftə ərzində 1.12$-dan 1.10$-a kimi ucuzlaşıb. Lakin InvestAZ analitiklərinin fikrincə, qiymət yenidən 1.12$ və 1.13$-a kimi bahalaşa bilər. ABŞ Federal Ehtiyat Sisteminin faizi artıra bilməməsi dolların dünya birjalarında ucuzlaşmasına, nəticədə isə avronun bahalaşmasına səbəb olur.

GBP

GBP/USD valyuta cütlüyünün qiyməti isə keçən həftə Böyük Britaniya Bankının faiz qərarından sonra 1.33$-dan 1.30$-a kimi ucuzlaşıb. Qiymətin əlavə olaraq 1.29$ və 1.28$-a kimi ucuzlaşma imkanı da vardır. Lakin analitiklər qiymətin ucuzlaşmasını müvəqqəti hesab edirlər və qiymətin yenidən 1.35$ və 1.37$-a kimi bahalaşa biləcəyini də proqnozlaşdırılır.

TRY

ABŞ dollarının türk lirəsinə nisbətən (USD/TRY-nin) qiyməti ucuzlaşmaqda davam edir. Hal-hazırda 3.00 TL ətrafında ticarət olunan cütlük üzrə qiymətin 2.97 TL-ə kimi də ucuzlaşa biləcəyi proqnozlaşdırılır. 2.97 TL altında qalan qiymət isə əlavə olaraq 2.95 TL və 2.90 TL-ə kimi də ucuzlaşa bilər. Yəni türk lirəsinin daha da bahalaşacağı proqnozlaşdırılır.

OIL

Eneriji bazarlarında InvestAZ şirkətinin analitiklərinin gözlədikləri kimi Avropanın Brent markalı neftin bir barel qiyməti yenidən bahalaşmağa başlayıb. Hal-hazırda 44$ ətrafında ticarət olunan Brent 41$-ın üzərində möhkəmləndiyi təqdirdə qısa müddət ərzində əlavə olaraq, 47$-a kimi bahalaşa bilər.

GOLD

Digər əmtəə bazarlarında isə qızılın bir unsiya qiyməti gözlənildiyi kimi yenidən dəyər itirməyə başlayıb. Keçən həftə 1367$-dan 1334$-a kimi ucuzlaşan qiymət 1375$-ın altında qaldıqca, 1310$ və 1305$-a kimi də ucuzlaşa bilər.

İnvestisiya ilə bağlı sualları *1234 telefon nömrəsinə və www.investaz.az veb saytı vasitəsilə ünvanlaya bilərsiniz.

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti

 “İnvest-AZ İnvestisiya Şirkəti” QSC Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

Risk bildirişi.

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.