Xəbərlər

Rövnəq Abdullayev: Ruhaninin Azərbaycana səfəri bu əlaqələrin inkişafında yeni mərhələ olacaq
08 avqust, 2016 15:40

Bu gün SOCAR-ın Baş ofisində şirkətin prezidenti Rövnəq Abdullayev və İranın neft naziri Bijən Namdar Zəngəne arasında görüş olub.

1news.az-ın SOCAR-a istinadla verdiyi xəbərə görə, qonağı və onu müşayiət edən şəxsləri səmimi salamlayan R.Abdullayev Azərbaycan və İran arasında əlaqələrin sürətlə və böyük uğurla inkişaf etdiyini, bu ilin fevral ayında Azərbaycan Prezidenti İlham Əliyevin İrana rəsmi səfərindən sonra iki ölkə arasında əlaqələrin inkişafı istiqamətində mühüm addımlar atıldığını söyləyib.

İran prezidenti Həsən Ruhaninin Azərbaycanda dünən başlayan rəsmi səfərinin bu əlaqələrin daha da inkişafında yeni mərhələ olacağına əminliyini qeyd edən Rövnəq Abdullayev SOCAR-la İranın neft-qaz şirkətləri arasında mühasibətlərin də son vaxtlar intensivləşdiyini vurğulayıb.

Azərbaycanda böyük qonaqpərvərliklə qarşılandıqlarını bildirən İranın neft naziri ölkəsinin qonşu dövlətlərlə və xüsusən Azərbaycanla əlaqələrinin genişlənməsinə mühüm önəm verdiyini, bu çərçivədə iqtisadi münasibətlərin, o cümlədən enerji sektorunda əməkdaşlığın genişləndirilməsi zərurətini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlıq imkanları müzakirə edilib. SOCAR prezidenti R.Abdullayev ötən ilin noyabrında və bu ilin yanvarında İranda səfərdə olduğunu, eyni zamanda İran neft-qaz sektoru rəhbərlərinin də Azərbaycana səfərlər etdiklərini xatırladaraq bu səfərlərin iki ölkə arasında iqtisadi əməkdaşlığın dərinləşməsinə və genişlənməsinə, İran və Azərbaycan xalqlarının rifahina xidmət etdiyini bildirib.

Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.