Xəbərlər

Dövlət Sərhəd Xidmətində gənc əsgərlərin andiçmə mərasimləri keçirilib
08 avqust, 2016 13:27

Avqustun 7-də Dövlət Sərhəd Xidmətinin Horadiz və Şəki şəhərlərində yerləşən hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.

1news.az-ın məlumatına görə, gənc əsgərlər təntənəli şəkildə hərbi andı qəbul etdikdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunla­rı­nın Ko­man­danı gеnеral-polkovnik Еlçin Quliyеvin təbrik tеlеfonoqramı çatdırılıb.

Azərbaycan Sərhəd Mühafizəsinin 97-ci ildönümü ərəfəsində keçirilən andiçmə mərasimlərində ulu öndər Heydər Əliyevin dövlət sərhədlərimizin qorunması, Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inkişafı isti­qamə­tindəki xidmətlərindən, böyük dövlət xadiminin müəyyənləş­dirdiyi milli sərhəd strate­giyasının Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində ölkəmizin sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırıl­masından danışılıb, Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhədlərimizi şərəflə qorumaq məsuliy­yətini öz üzərlərinə götürən gənc əsgərlərin hərbi anda daim sadiq qalacaqlarına və xidmətdə yüksək nəticələrə nail olacaqlarına əminlik ifadə edilib.

Bu ilin aprel ayında ordumuzun uğurlu döyüş əməliyyatları nəticəsində erməni işğalından azad edilmiş ərazilərin, o cümlədən Lələtəpə yüksəkliyinin yaxınlığında yerləşən Horadiz Sərhəd Dəstəsində keçirilən mərasimdə Sərhəd Qoşunlarının şəxsi heyətinin ölkəmizin ərazi bütövlüyünün bərpası üçün istənilən anda ordumuzla birgə hərəkət etməyə, Dağlıq Qarabağda və işğal altında olan digər ərazilərdə Azərbaycanın suveren hüquqlarının bərpası, Vətənimizin qərb sərhədlərinin də mühafizə altına alınmasının təmin edilməsi uğrunda  savaşa daim hazır olduğu xüsusi vurğulanıb.

Tədbirlərdə iştirak edən validеynlər hərbi hissələrdə yaradılmış şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, öz övladlarını təbrik еdərək Vətən sərhədlərinin kеşiyində ayıq-sayıq dayanmağı tapşırıblar.

Tədbirlər gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidləri ilə başa çatıb.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.