Azərbaycanlı gənc pianino ifaçısı İtaliya səhnəsini fəth etdi
07 avqust, 2016 13:56
Azərbaycan əsilli Tunay Kurban İtaliya səhnəsini Qaytağı ifası ilə fəth edib.
1news.az xəbər verir ki, İzmirdə yaşayan soydaşımız gənc Tunay Kurban İtaliyanın Loverede şəhərində keçirilən “Second Tadini İnternational Music Competition” musiqi yarışında C kateqoriyasında - 11-13 yaş dərəcəsində iştirakçılar arasında üçüncü olub.
3 gün davam edən yarışmanın münsiflər heyətində dünyaca tanınmış musiqiçilər Vinçenso Balzani, Filip Raskin, Yoshifumi Morita, Katia İqlesias, Antonio Tarallo da olub.
Tunay dünyaşöhrətli bəstəkar Motsartın əsəri ilə yanaşı,Azərbaycan musiqisi də ifa edib. O, xalq rəqsimiz Qaytağını ifa edərək Azərbaycan musiqisini italyan tamaşçılara tanıdıb.
1news.az