ABŞ insan və heyvan hüceyrələrinin çarpazlaşdırılmasını bərpa etmək istəyir
06 avqust, 2016 20:54
ABŞ-ın Səhiyyə Nazirliyi insanın kök hüceyrələrinin heyvan embrionları ilə çarpazlaşdırılması təcrübələrinə icazə verilməsini təklif edib.
1news.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə Milli Sağlamlıq İnstitutunun saytında məlumat yerləşdirilib.
ABŞ hökumətinin fikrincə, bu cür təcrübələr Parkinson və Altsheymer kimi neyrodegenerativ xəstəliklərin müalicəsi istiqamətində mühüm kəşflərlə nəticələnə bilər.
Qeyd edək ki, bu cür tədqiqatların aparılması 2015-ci ildə dayandırılıb, lakin indi ABŞ-ın Səhiyyə Nazirliyi öz mövqeyini dəyişmək qərarına gəlib. Təcrübələri bərpa etmək ideyası bir ay ərzində müzakirə olunacaq.
1news.az