Xəbərlər

İlham Əliyev keçmiş “Sovetski” ərazisində yeni yol-nəqliyyat infrastrukturunun təməlini qoyub - FOTO
04 avqust, 2016 11:49

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 4-də Bakının Yasamal rayonunun keçmiş “Sovetski” ərazisində yeni yol-nəqliyyat infrastrukturunun təməlini qoyub.

Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla xəbər verir.

Dövlətimizin başçısına paytaxtın “Sovetski” kimi tanınan ərazisində “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən aparılan yenidənqurma və abadlıq işləri barədə məlumat verildi.

Bu ərazidə aparılacaq işlərin birinci mərhələsində 26 hektarda yolların salınması və abadlıq işlərinin görülməsi nəzərdə tutulur. Buraya 23 hektar sahədə yaşıllaşdırma və abadlıq, 3 hektar sahədə isə avtomobil yollarının tikintisi işləri daxildir.

“Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov dövlətimizin başçısına layihənin icrası ilə bağlı məlumat verdi. Bildirildi ki, 3827 yaşayış və qeyri-yaşayış sahəsi sahibləri müvafiq qaydada kompensasiya ilə təmin ediliblər. Ümumilikdə, 219 obyekt üzrə vətəndaşlar yaşayış sahəsi ilə təmin olunublar. Yaşayış sahəsi ilə təmin edilənlər əsasən 12-16 kvadratmetr sahədə, olduqca ağır kommunal şəraitdə yaşayan ailələr olub. Keçmiş “Sovetski” ərazisində satın alınan obyektlərdən 249-nun isə söküntüsü “Azəravtoyol” ASC tərəfindən davam edir. Burada ümumi uzunluğu 6 kilometrdən çox olan 5 küçədə əsaslı şəkildə yenidənqurma işləri aparılacaq. Yenidənqurma işləri Balababa Məcidov, Abdulla Şaiq, Mirzəağa Əliyev küçələrində, Füzuli küçəsinin davamında və Nəriman Nərimanov küçəsində həyata keçiriləcək.

Əvvəllər bu küçələrin ensiz olması, üstəlik bir çox hissələrdə piyada səkilərinin olmaması avtonəqliyyat vasitələrinin, həmçinin piyadaların gediş-gəlişində xeyli çətinliklər yaradırdı. Yenidənqurma işləri çərçivəsində küçələr həm genişləndiriləcək, həm də enli piyada səkiləri inşa ediləcək. Yenidən qurulacaq küçələrdə mühəndis kommunikasiyaları - su, məişət və yağış suları üçün kanalizasiya, işıq, qaz, rabitə xətlərinin dəyişdirilərək müasir tələblər səviyyəsində qurulması nəzərdə tutulur.

Prezident İlham Əliyev keçmiş “Sovetski” ərazisində yeni yol-nəqliyyat infrastrukturunun təməlini qoydu.

Yenidən qurulacaq Balababa Məcidov küçəsinin uzunluğu 440 metrdir. Küçənin əvvəlki eni 7-8 metr olub. Hazırda layihə çərçivəsində küçə genişləndirilərək 15 metrə çatdırılacaq. Layihəyə uyğun olaraq, burada 3 hərəkət zolağı olmaqla, yolun eni 12 metr təşkil edəcək. Tikinti işlərinin aparılacağı Abdulla Şaiq küçəsinin eni əvvəllər 5-6 metr olub. Yeni layihəyə uyğun olaraq, küçə 19 metrə qədər genişləndiriləcək. Mirzəağa Əliyev və Füzuli küçələrinin əvvəlki hərəkət hissəsinin eni də 4-5 metr olub. Burada da yenidənqurma işləri çərçivəsində yolun eni 19 metrə çatdırılacaq. Aparılacaq yenidənqurma işləri çərçivəsində Nəriman Nərimanov küçəsinin iki min metrdən artıq hissəsində də tam müasir yol infrastrukturunun yaradılması nəzərdə tutulur. Küçənin hərəkət hissəsinin hazırkı eni 7 metr təşkil edir. Layihəyə əsasən yolun hərəkət hissəsinin eninin 17,5 metrədək genişləndirilməsi nəzərdə tutulur.

Yollarda, həmçinin yeni müasir işıqlandırma sistemi qurulacaq. Bu isə günün qaranlıq vaxtında nəqliyyatın və piyadaların hərəkətinin təhlükəsiz təşkilində mühüm rol oynayacaq. Burada müasir avtobus dayanacaqlarının qurulması da nəzərdə tutulur.

Prezident İlham Əliyev görüləcək işlərlə bağlı tapşırıq və tövsiyələrini verdi.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.