Xəbərlər

Vergilər Nazirliyinə yeni vəzifə həvalə edilib
04 avqust, 2016 10:31

Azərbaycanda sığorta şirkətlərinə nəzarət gücləndirilir.

1news.az APA-a istinadən xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişikliklər edib.

Dəyişikliyə əsasən, bundan sonra Vergilər Nazirliyi ildə bir dəfə mart ayının 31-dək maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını qanunla müəyyən edilmiş hallarda auditor rəyi ilə birlikdə dərc etməli olan sığorta şirkətlərinin siyahısını Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim edəcək.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin 3 fevral 2016-sı ildə imzaladığı sərəncamla Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti ləğv edilib.

Bu sahədə səlahiyyətlər Maliyyə Bazarlarına Nəzarət Palatasına həvalə edilib və Maliyyə Bazarlarına Nəzarət Palatasında Sığorta vasitəçilərinə nəzarət qrupu yaradılıb.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.