Lənkəran rayonunda iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.
1news.az-ın Region TV-yə istinadən verdiyi məlumata görə hadisə Ələt-Astara magistralının 199-cu kilometrliyində, Lənkəran rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Lerik sakini 29 yaşlı Bəndiyev Rasif Arif oğlunun idarə etdiyi “VAZ 21 07” markalı minik avtomobili ilə Lənkəran sakini, 34 yaşlı Dadaşov Seymur Nizami oğlunun idarə etdiyi yük maşını toqquşub.
Nəticədə minik avtobilinin sürücüsü və sərnişini hadisə yerində dünyalarını dəyişiblər.
Meyitlər deformasiyaya uğramış avtomobilin içərisindən Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən xüsusi alətlərin köməyi ilə çixarılıb və müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.
Qəzanın baş vermə səbəbi keçiriləcək avtoekspertizanın rəyindən sonra məlum olacaq.
1news.az