Arif Quliyevin həyat yoldaşı hepatitə yoluxub
03 avqust, 2016 10:33
Xalq artisti Arif Quliyevin həyat yoldaşı xəstəxanaya yerləşdirilib.
1news.az xəbər verir ki, bu barədə kulis.az-a aktyor özü məlumat verib.
O bildirib ki, xanımı Gülzar Quliyeva Hepatit C virusuna yoluxub:
“Yoldaşım hazırda Kliniki Tibbi Mərkəzdə yoluxucu xəstəliklər şöbəsində müalicə alır. Həkimlər vəziyyətinin ağır olduğunu deyirlər.”
Arif Quliyev xanımın müalicəsinin xaricdə davam etdirilməsinin lazım olduğunu deyib:
“Amma bu mənim imkanlarım xaricindədir. Mən iki il qabaq sinir xəstəliyinə tutulanda müalicə xərclərini dövlət öz üzərinə götürmüşdü. Allah hökumətimizdən razı olsun. Mən ata-ana qayğısından uzaq olmuşam. Oğlum Fərid dünyasını dəyişəndən sonra Gülzar üçün yaşayıram. Bircə təsəllim onun varlığıdır. O da belə...”
1news.az