Keçmiş “Sovetski” – Bakının Yasamal rayonunda yerləşən Şıxəli Qurbanov küçəsindən Azərbaycan və Nəriman Nərimanov prospektlərinə qədər olan ərazi tamamilə dəyişir.
Yararsız binalar sökülərək onların yerində yaşıl istirahət ərazisi üçün möhtəşəm layihə həyata keçirilir. “Qış bulvarı” ilə birgə salınacaq yeni park Heydər Əliyev Sarayından şəhərin dağlıq hissəsinədək vahid “yaşıllıq kompozisiyasını” yaradacaq.
Yeni layihənin həyata keçirilməsi estetik, şəhərsalma və ərtaf mühitlə yanaşı, eyni zamanda Bakının bu hissəsinin digər rayonları ilə nəqliyyat sistemini də yaxşılaşdırılacaq. Bu istiqamətdə işlər başlayıb və fəal surətdə davam edir.
1news.az əməkdaşı möhtəşəm tikiliyə baş çəkərək, yayın qızmar istisində işçi qüvvəsinin dayanmadan çalışdığının şahidi olub.
Xüsusən də, iki yolun tikintisinə başlanılıb. Bu, Mirzağa Əliyev küçəsi ilə Nəriman Nərimanov prospektini (keçmiş “Sovetski”) Füzuli meydanı ilə birləşdirən hissədir.
Birinci yol - Nəriman Nərimanov prospektindən aşağıya doğru çəkiləcək hissə Mirzağa Əliyev və Dilarə Əliyeva küçələrinin kəsişməsində yerləşərək Azdramanın binasına qədər uzanır.
İkinci yol - Azərbaycan Dövlət Dram Teatrından başlanan hissə Murtuza Muxtarov və Mirzə Fətəli Axundov küçələri arasıdakı sahə artıq tikilib. Bu küçə ilə Nəriman Nərimanov prospektinə doğru qalxmaq olacaq.
1news.az-a “Azəravtoyol” ASC-dən verilən xəbərə görə, ümumi ölçüsü 6,1 kilometri, yəni 24 hektar sahəni əhatə edən 5 küçə təmir ediləcək.
Təmir işləri Nəriman Nərimanov prospekti, Mirzağa Əliyev, Balababa Məcidov və Abdulla Şaiq küçələrini, eləcə də Füzuli küçəsinin bir hissəsini (Azdramanın qarşısındakı) əhatə edəcək. Bu küçələr geniş səkilərlə 5 zolağa bölünəcək.
Əsasən də, Nəriman Nərimanov prospektinin ümumi uzunluğu 2165 metrdir ki, burada beş hərəkət zolağının çəkilməsi planlaşdırılır. Hərəkət zolağının eni 7 metrdən 17,5 metrə artırılıcaq, prospektin ümumi eni isə 23,5 metr olacaq.
Mirzağa Əliyev küçəsinin eni 5 metrdən 15 metrə, təmirdən sonra üçzolaqlı olacaq Balababa Məcidov küçəsi isə 15 metrə qədər genişlənəcək.
Uzunluğu 1825 metr olan Abdulla Şaiq küçəsinin eni 6 metrdən 19 metrə, hərəkət hissəsi isə bəzi yerlərdə ikizolaqlı, bəzilərində isə dördzolaqlı olacaq. Ümumilikdə yollarda 46 min ton asfalt-beton örtüyü çəkiləcək ki, bunun qalınlığı 25 sm. və 13 min metr bardürlər olacaq.
Lakin yolların təmiri ilə işlər tamamlanmır. “Azəravtoyol” ASC-dən verilən xəbərə görə, burada bütün kommunikasiya sistemləri yenisi ilə əvəzlənəcək. Yeni işıqlandırma sistemi, 14 avtobus dayanacaqları, eləcə də yollarda məlumat lövhələri də yerləşdiriləcək.
Əlbəttə indi, irimiqyaslı işlər gedən zaman əsən xəzri küləyi “Sovetski” üzərindən tozu sovuraraq qaldırmasını görəndə inanmaq olmur ki, tezliklə burada hər şey başqa cür olacaq. Bəzən yaxşıya doğru yol müəyyən çətinliklərdən keçir.
Burada qeyd etmək olar ki, şəhərin bu hissəsində təmir işləri başa çatdıqdan sonra hərəkət daha asan olacaq. Yeni yollar avtomobil sahiblərinə şəhərin mərkəzindən dağlıq hissəsinə qədər tez bir zamanda hərəkət etməyə imkan verəcək. Bununla da, hər zaman söylənən alternativ yollar yaranacaq. Həm də bu yollar yüklənməyərək metronun “Elmlər Akademisyası” stansiyasından Mirzağa Əliyev və Füzuli küçələrindən, eləcə də “28 May” stansiyasından Badamdar qəsəbəsinə asanlıqla hərəkət etmək olacaq.
Nəzərə alsaq ki, yollarda böyük park boyunca əkilən ağaclar illər sonra böyüyəcək. Yaxın gələcəkdə keçmiş “Sovetski”də maşınların kölgəli xiyabanlarla şütüdüyünü görəcəyik.
Yeni park və yeni küçələr şəhərimizin sakinlərinə, eləcə də qonaqlara uzun illər xidmət edəcək. Və bunun əsası artıq indidən qoyulur.
1news.az