Xəbərlər

“Bəbirləri mühafizə edək!” ekoloji yay düşərgəsi başa çatıb - FOTO
02 avqust, 2016 11:37

IDEA  İctimai Birliyi, Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyi və Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi tərəfindən “Qafqaz bəbirlərinin mühafizəsi” layihəsi çərçivəsində “Bəbirləri mühafizə edək!” adlı ekoloji yay düşərgəsi keçirilib.

1news.az Təhsil Nazirliyinin saytına istinadən xəbər verir ki, Masallı, Astara və Lənkəran rayonlarından 70-dən çox məktəblinin iştirak etdiyi düşərgə 27-30 iyul tarixlərində Masallı rayonunun Qəriblər kəndində təşkil edilib.

“Bəbirləri mühafizə edək!” yay düşərgəsinin məqsədi məktəb yaşlarından gənclərin ətraf mühitlə bağlı maarifləndirilməsi, onlarda təbiətə sevgi hissinin formalaşdırılması və inkişaf etdirilməsi, Qafqaz bəbirinin məskunlaşdığı yerlərin yaxınlığında yaşayan məktəblilərin bu nadir növ haqqında məlumatlandırılması və onun mühafizəsi işinin təbliğ edilməsidir.

Düşərgədə məktəblilər Qafqaz bəbirinin qorunması, insan və ətraf mühit mövzularında seminarlarda, bəbirlərin yaşadığı təbii mühitə ekskursiyalarda, müxtəlif ekoloji tədqiqat və müsabiqələrdə iştirak ediblər.

Xatırladaq ki, ilk belə yay düşərgəsi 9-11 iyul 2014-cü il tarixlərində Lənkəran, Astara və Lerik rayonlarından olan məktəblilərin iştirakı ilə Masallı rayonunda təşkil olunub.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.