Xəbərlər

Qazaxda Xalq Yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb
02 avqust, 2016 10:51

Qazaxda Xalq Yazıçısı İsmayıl Şıxlının vəfatının 21-ci ildönümü münasibətilə anım mərasimi keçirilib.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə,  xəbər verir ki, tədbirə toplaşanlar əvvəlcə yazıçının abidəsi önünə gül-çiçək dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.

Rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov anım mərasimində qeyd edib ki, milli mənəvi dəyərlərimizin qorunub saxlanılması, milli mədəniyyətin, milli əxlaqın gənc nəslə çatdırılması baxımından İsmayıl Şıxlının əsərləri çox dəyərlidir.

Yazıçının milli hiss və Vətən sevgisi təsvir olunmayacaq dərəcədə güclü olub. O, həyati mövzulara müraciət edərək zamanın nəbzini tutub, günün mühüm məsələlərinə toxunub. Mənəvi-ictimai problemləri ön plana çəkərək dövrün, yaşadığı mühitin eybəcərliklərini ifşa və tənqid hədəfinə çevirib. Yazıçının əsərlərində əksini tapan azərbaycançılıq ideyası hər dövr üçün öz aktuallığını qoruyub saxlayıb.

Şairlərdən Azərbaycan Yazıçılar Birliyinin Qazax zona filialının sədri, Əməkdar İncəsənət Xadimi Barat Vüsal, Vəli Xramçaylı, Mustafa Rasimoğlu, Məmməd Qoca və başqaları çıxış edərək İsmayıl Şıxlı yaradıcılığından söz açıb, yazıçının Azərbaycan ədəbiyyatına bəxş etdiyi nümunələrdən danışıblar.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.