İmişlidə zəlzələ olub
01 avqust, 2016 10:04
Bu sabah İmişli rayonu ərazisində yeraltı təkan baş verib.
1news.az Respuplika Seysmoloji Xidmət Mərkəzinə (RSXM) istinadən xəbər verir ki, zəlzələ yerli vaxtla saat 08:46:35-də qeydə alınıb.
Dərinliyi 26 km olan yeraltı təkan 4 bala kimi hiss olunub.
1news.az