Xəbərlər

Bu gün Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür
01 avqust, 2016 09:20

Hazırda istifadə edilən latın əlifbası ilk dəfə 1918-ci ildə istifadə edilib.

1news.az xəbər verir ki, 2001-ci il iyunun 18-də prezident Heydər Əliyev ölkədə 2001-ci il avqustun 1-dən etibarən tamamilə latın əlifbasına keçilməsi ilə bağlı fərman imzalayıb.

Elə həmin il avqustun 9-da imzaladığı digər fərmana görə isə avqustun 1-i ölkədə Azərbaycan Əlifbası və Dili Günü elan edilib.

Hazırda istifadə edilən latın əlifbası ilk dəfə 1918-ci ildə Azərbaycanda Demokratik Cümhuriyyəti qurulduqdan sonra istifadə edilib.

Azərbaycan dili və əlifbası zaman-zaman saysız-hesabsız zərbələrə məruz qalıb.

Hələ Azərbaycan çar Rusiyasının təsiri altında olduğu vaxtlarda ərəb əlifbasından istifadə olunurdu. 1920-ci il aprel ayından etibarən bolşeviklər və kommunistlər bir sıra təcrübələr keçirtmiş oldular.

Belə ki, Azərbaycan xalqının bir sıra adət-ənənələri, eyni zamanda dili və əlifbası nəzərdən keçirildi.

Azərbaycanda rus dili faktiki olaraq dövlət dilinə çevrilməkdə idi. 20-ci illərin sonuna yaxın ərəb əlifbasının latın əlifbası ilə əvəzlənməsi başa çatdı.

Lakin 10 il keçmədi ki, bu əlifba da müzakirə obyektinə çevrildi. Kiril əlifbasına keçid kimi hallar baş qaldırdı. Bu yolla 10 il ərzində əlifbamıza 3 dəfə dəyişiklik olundu.

Azərbaycanda sovet hökuməti qurulduqdan sonra da Azərbaycan əlifbası bir neçə dəfə dəyişib.

Müstəqillik yenidən qazanıldıqdan sonra isə ölkədə latın əlifbasına keçilsə də, uzun müddət mətbuat krill əlifbasından istifadə edib.

Nəhayət, 2001-ci il iyunun 18-də prezident Heydər Əliyev ölkədə 2001-ci il avqustun 1-dən etibarən tamamilə latın əlifbasına keçməklə bağlı fərman imzalayıb.

1news.az

 

 

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.