Deyirlər ki, toy olacaq, Burak Özçivit bəy olacaq...
01 avqust, 2016 16:38
Üç ildən artıq bir yerdə olan Türkiyənin ən gözəl ulduz cütlükləri - Burak Özçivitlə Fəhriyyə Evcen ailə qurmağa hazırlaşır.
Bir müddət əvvəl türk KİV-i cütlüyün evlənmə tarixini onların İtaliyada birgə keçirdikləri tətildən sonra təyin etmişdi. İndi isə, toy mərasiminin tarixinin başqa vaxta keçirildiyini bəyan ediblər.
1news.az-ın Acunn.com-a istinadla verdiyi xəbərə görə, B.Özçivitlə F.Evcen toy mərasimin vaxtını çəkilişlərlə əlaqədar 2017-ci ilin yay aylarına keçirdiyini bildiriblər.
1news.az