Bakıda bir gündə iki nəfər hündürlükdən yıxılaraq ölüb
01 avqust, 2016 14:00
İyulun 30-da Sabunçu rayonu ərazisindəki mağazalardan birində təmir işləri aparan Bakı şəhər sakini Aleksey Kuznetsov pilləkəndən yıxılıb.
1news.az Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən xəbər verir ki, xəstəxanaya yerləşdirilmiş A.Kuznetsov orada ölüb.
Həmin gün Suraxanı rayonunun Əmircan qəsəbəsində azyaşlı Nuray Əfəndiyeva 5-ci mərtəbədən yıxılaraq dünyasını dəyişib.
Hər iki faktla bağlı araşdırma aparılır.
1news.az