ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp Kolorado ştatının Kolorado-Sprinqs şəhərindəki otellərdən birinin liftində qalıb.
1news.az modern.az-a istinadən xəbər verir ki, “The Mining Exchange A Wyndham Grand Hotel & Spa otelinin liftində Tramp yanaşı daha iki nəfər olub.
Şəhərin yanğınsöndürmə hissəsinin əməkdaşları ziyarətçilərin evakuasiyası üçün liftin tavanındakı lyükü açaraq pilləkən salladıqdan sonra orada qalanlar ikinci mərtəbəyə çıxıblar. Hadisə zamanı xəsarət alan olmayıb.
Məlumatda Trampın liftdə 30 dəqiqəyə yaxın qaldığı bildirilir. Nəticədə o, çıxışına gecikib.
Xatırladaq ki, Donald Tramp iyulun 19-da respublikaçıların ümummilli qurultayında namizəd seçilib. Onun qalib gələcəyi təqdirdə İndiana ştatının qubernatoru Mayk Pens vitse-prezident olacaq.
Onların rəqibləri – ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton və Virciniya ştatından senator Tim Keytndir. ABŞ-da prezident seçkisi noyabrın 8-də olacaq.
1news.az