Məşhur pianist öldü
30 iyul, 2016 18:51
Yaponiyanın məşhur pianisti Hiroko Nakamura dünyasını dəyişib.
1news.az axşam.az-a istinadən xəbər verir ki, uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkən Nakamura 72 yaşında ölüb.
Qeyd edək ki, piano çalmağa 3 yaşında başlayan Nakamura, 1959-cu ildə hələ 15 yaşında olarkən Beynəlxalq Musiqi Müsabiqəsinin qalibi olub.
Hiroko Nakamura dünya miqyasında 3800 konsert verib.
1news.az