Ukraynada hərbi zavodda partlayış baş verib: 3 nəfər ölüb
29 iyul, 2016 09:36
Ukraynanın Sumskaya vilayətində “Ukroboronprom” dövlət konserninin obyektində baş vermiş partlayış nəticəsində NATO nümayəndəsi daxil olmaqla, 3 nəfər ölüb.
1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, partlayış utilizasiya üçün gətirilmiş döyüş sursatlarının qəbulu zamanı baş verib.
Ukraynanın Mərkəzi Region Hərbi Prokurorluğunun məlumatına görə, insident nəticəsində 3 nəfər ölüb, 2 nəfər ağır yaralanıb.
Məlumata görə, hadisə zamanı yeddi ədəd X-27 “yer-hava” tipli raket partlayıb.
1news.az