Xəbərlər

Yağan yağışlar nəticəsində çaylarda suyun səviyyəsi artıb
29 iyul, 2016 14:15

Ekologiya və Təbii Sərvətlər Nazirliyi respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyətlə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, ötən günlər ərzində bəzi yerlərdə yağan yağış nəticəsində respublika çaylarının sululuğunda artım müşahidə olunub.

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-80, Kiçik Qafqazın çaylarında 110-160, Lənkəran-Astara bölgəsi çaylarında isə 120-130 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyətlə bağlı bildirilib ki, iyulun 29-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 110 m3/s olmaqla ongünlük normanın 72 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 65 m3/s olmaqla ongünlük normanın 43 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 4 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 121 m3/s olmaqla, ongünlük normanın 139 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 18 m3/s təşkil edərək ongünlük normanın 205 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, iyulun 29-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 1, Salyanda 3 sm azalma, Bankədə 6, Araz çayının Novruzlu məntəqəsində isə 5 sm artım qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 362 sm (2015-ci il iyulun 29-da 346 sm), Salyanda 140 sm (2015-ci il iyulun 29-da 124 sm), Bankədə 191 sm (2015-ci il iyulun 29-da 176 sm), Araz çayının Novruzlu məntəqəsində isə 75 sm (2015-ci il iyulun 29-da 60 sm) təşkil edir. 

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.