Xəbərlər

Balakəndə “Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik” mövzusunda regional konfrans keçirilib
28 iyul, 2016 00:01

Azərbaycanda mövcud olan ictimai-siyasi sabitlik, vətəndaş həmrəyliyi, etnik-dini dözümlülük mühiti tarixi ənənələrdən bəhrələnən milli siyasətin məntiqi nəticəsidir.

1news.az-ın məlumatına görə, bu fikir iyulun 27-də Balakən rayon Mədəniyyət Mərkəzində keçirilən “Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik” mövzusunda keçirilən regional konfransda səsləndirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Balakən Rayon İcra Hakimiyyəti və Dövlət Sərhəd Xidmətinin Zaqatala sərhəd dəstəsinin birgə təşkilatçılığı ilə keçirilən konfransda Zaqatala, Balakən və Qax rayonlarında fəaliyyət göstərən dini icma sədrləri, din xadimləri, ilahiyyatçılar, ictimaiyyətin nümayəndələri, ziyalılar, gənclər, həmçinin DQİDK ilə Dövlət Sərhəd Xidməti arasında imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq sərhəd qoşunlarının “N” saylı hərbi hissəsinin zabit və əsgərləri də iştirak ediblər.

Konfrans DQİDK-nin sifarişi ilə çəkilən, dini ekstremizm və radikalizmin fəsadlarından bəhs edən “Fitnə” sənədli filminin nümayişi ilə başlayıb.

Rayon icra hakimiyyəti başçısının birinci müavini Azad Balayev tədbiri açaraq rayondakı mövcud dini durum barədə məlumat verib. Vurğulanıb ki, iyirmiyə yaxın milli azlığın yaşadığı Balakən rayonu həmişə tolerantlığı və multikultural dəyərləri ilə tanınıb. Burada müxtəlif xalqların nümayəndələri uzun illərdir ki, dostluq və mehriban qonşuluq şəraitində yaşayırlar.

Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı konfransın əsas məqsədinin Azərbaycanın multikulturalizm siyasətinin daha dərindən mənimsənilməsinə, milli-mənəvi dəyərlərin qorunub saxlanılması və təşviqinə nail olmaq, bu sahədə qarşıda duran vəzifələri müzakirə etməkdən ibarət olduğunu diqqətə çatdırıb.

Komitə sədri bildirib ki, DQİDK-nin sifarişi ilə hazırlanan “Fitnə” filmində dini ekstremizm və radikalizmlə mübarizənin dini, psixoloji, hüquqi, siyasi və mənəvi tərəfləri öz əksini tapıb. Film gənclərin maarifləndirilməsi, onların radikal dini cərəyanların təsiri altına düşməsinin qarşısının alınması, milli-mənəvi dəyərlərə bağlılığın gücləndirilməsi, ölkəmizdə mövcud olan tolerant mühitin qorunması və təbliği baxımından böyük əhəmiyyət daşıyır.

Vurğulanıb ki, Azərbaycanda multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilib. Müxtəlif dini inanclara malik insanların əsrlər boyu sülh şəraitində yaşadığı Azərbaycan dünyaya nümunə olacaq bir ölkədir. Təsadüfi deyildir ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan edilib.

Bildirilib ki, Azərbaycanda hökm sürən multikultural və tolerant mühitin ideoloji prinsiplərinin ana xəttini Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi azərbaycançılıq ideologiyası təşkil edir. Azərbaycanda milli-mənəvi dəyərlərə, burada yaşayan xalqların adət-ənənələrinə həmişə hörmətlə yanaşılıb. Tolerantlıq Azərbaycan xalqının ən yüksək dəyərlərindən biridir. Azərbaycanda İslam dini ilə bərabər, digər dinlərə də hörmət və ehtiram göstərilir.

Komitə sədri diqqəti son dövrlər dünyada İslam dinini radikalizmə sürükləmək meyillərinin artmasına çəkərək, bu sahədə maarifləndirmə işinin vacibliyini xüsusi vurğulayıb. Bildirilib ki, dini radikalizm və ekstremizmə qarşı mübarizənin gücləndirilməsi üçün ölkəmizdə mühüm qanunvericilik bazası yaradılıb. 2015-ci ilin sonunda qəbul edilən “Dini ekstremizmə qarşı mübarizə haqqında” Qanun dini ekstremizmə qarşı mübarizənin təşkili və hüquqi əsaslarını müəyyənləşdirir, eyni zamanda, belə hallara qarşı mübarizə aparan həm hüquq-mühafizə orqanlarının, həm də vətəndaşların vəzifələrini təsbit edir.

Məruzə ətrafında müzakirələrdən sonra iştirakçıların sualları cavablandırılıb.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.