Bakıda qəribə hadisə: telefon partladı, uşağın dili tutuldu
28 iyul, 2016 20:03
Paytaxtda qəribə hadisə baş verib.
1news.az Bizimyol-a istinadən xəbəe verir ki, şəhər sakinlərindən birinin telefonu divanın üzərindəykən bir anda alışıb və partlayıb:
“Evdə oturduğumuz yerdə “Samsung” markalı telefon partladı və sonra alışmağa başladı. Hadisə evdəki körpənin yanında baş verdi. Uşaq qorxudan hələ də danışmır”, - deyə telefon sahibi deyib.
O, güman edir ki, problem telefonun batareyasında olub.
1news.az