Azərbaycanda doğulan körpələrə müasir adlarla müqayisədə ölkənin məşhur şairlərinin daşıdığı adlar daha az verilir.
1news.az Report-a istinadən xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, son beş ildə doğulan uşaqlardan 480-nə Nizami, 88-nə Füzuli, 74-nə Nəsimi, 47-nə isə Məhsəti adı verilib.
Bu sırada Cavid (1434), Vaqif (1042), Mikayıl (764), Müşfiq (53), Xaqani (218), Almas (16), Şəhriyar (255), Fətəli (25), Şəms (511), Sabir (618), Əhməd (961) və s. adlar da yer alıb.
Bundan başqa, körpələrə qeyd olunan adlardan törəyən müxtəlif adlar da verilib. Belə ki, siyahıda Nizamir, Müşfiqə, Cavidxan, Cavidə, Vaqifcan, Vaqif Raul Lukas, Vaqif Mete, Arazxan, Şəmsi, Şəmsiyyə, Şəmsiyə, Şəmsurə, Sabirə, Əhmədağa, Əhmədli, Əhmədov, Əhmədiyə və s. adlar da var.
1news.az