Məlum olduğu kimi, keçən il Rusiyaya məxsus hərbi təyyarənin vurulmasından sonra Türkiyə ilə Rusiya arasında yaranan gərginlik səngimək üzrədir.
1news.az-ın Türkiyənin “Posta” qəztinə istinadən verdiyi xəbərə görə, iki ölkə arasında münasibətlərin normallaşması üçün atılan addımlardan biri idmanla bağlıdır. Belə ki, tərəflər aarsında əldə edilən razılığa əsasən, Türkiyə və Rusiyanın futbol üzrə milli komandaları arasında yoldaşlıq oyun keçiriləcək.
Avqustun 9-da Rusiyaya yola düşəcək Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putini avqustun 31-də Antalyada keçirilməsi planlaşdırılan matça dəvət edəcəyi gözlənilir.
Yoldaşlıq görüşünün keçirilməsi Türkiyə-Rusiya münasibətlərinin normallaşdırılması istiqamətində önəmli addım kimi qiymətləndirilir.
1news.az