Azərbaycan Dövlət İnformasiya Agentliyində (AZƏRTAC) ölkənin aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələrinin Rusiyanın Həştərxan vilayətinin Rabitə və Kütləvi Kommunikasiyalar Agentliyinin rəhbəri Marina Zaytseva və Həştərxan Vilayət Administrasiyasının Mətbuat Xidməti və İnformasiya İdarəsinin rəisi Natalya Filatova ilə görüşü olub.
1news.az xəbər verir ki, AZƏRTAC-ın baş direktoru Aslan Aslanov agentliyin fəaliyyətindən, onun dünya mediası, o cümlədən TASS agentliyi ilə sıx əməkdaşlığından, habelə elektron medianın inkişafından söz açıb.
A.İsmayılov qeyd edib ki, Azərbaycan ilə Rusiyanın Həştərxan vilayəti arasında tarixən sıx mədəni əlaqələr təşəkkül tapıb. Belə ki, təkcə son illər Heydər Əliyev Fondu Həştərxanda bir sıra iri layihələr həyata keçirib.
Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin salamını çatdıran qonaqlar bildiriblər ki, Bakıya bu ilin sentyabrında Həştərxanda keçiriləcək İkinci Xəzər Media Forumuna hazırlıq işləri çərçivəsində gəliblər.
Sonra Azərbaycanın media qurumlarının nümayəndələri ilə görüş keçirilib.
Görüşdə İkinci Xəzər Media Forumuna hazırlıq işləri, onun bölmələri və panelləri, Forum çərçivəsində nəzərdə tutulan digər tədbirlər haqqında videoçarx nümayiş etdirilib.
1news.az