Türkiyədə 15 iyulda hərbi çevrilişə cəhd edən qiyamçılara liderlik edən Fəthullah Gülənlə əlaqəsi olan məktəblərin bağladılması üçün tədbirlər davam etdirilir.
1news.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, artıq Afrika və Asiyada çalışmalarına başlayan hökumət rəsmiləri bir neçə ölkədə FETÖ mətkəblərini bağlamağa nail olublar.
Lakin, Qırğızıstan buna etiraz edərək Türkiyənin tələbini geri çevirib. Bu barədə məlumat verən Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib ki, Qırğızıstanın xarici işlər nazirliyi “ultimatum və şantaj dili ilə edilən açıqlamaya” əməl etməyəcəklərini bəyan ediblər.
Qeyd edək ki, Qırğızıstanda F.Gülənin 20-dən çox məktəbi, kolleci və universiteti var. Bu təhsil ocaqlarında illik təhsil haqqı 3 min dollar civarındadır.
1news.az