Instagram sosial şəbəkəsində ailəsi ilə ömür boyu tətilə çıxmaq üçün 54 milyon dollarlıq şirkətini satan yaraşıqlı biznesmen Garrett Geenin thebucketlistfamily səhifəsində paylaşdığı fotoları və videoları gündən-günə populyarlıq qazanır.
1news.az Indiatimes-a istinadən xəbər verir ki, 25 yaşındakı biznesmen Garrett Gee keçən il özünün mobil-skan tətbiqi şirkətini 54 miliyon dollara “Snapchat”a satıb. Bununla kifayətlənməyən Garrett avtomobillərini və digər əşyalarını da satıb bütün pulunu banka qoyur.
Beləliklə, gözəl həyat yoldaşı və 2 uşağıyla birlikdə dünya turuna çıxan Garrett Gee artıq Fici, Havay adaları, Avstraliya, Yeni Zelandiya və Tailand kimi bir çox ölkələri gəzib.
Biznesmen ailə səyahətlərinin məqsədini belə izah edir:
“Ailəvi olaraq daha yaxın olmaq, həyatımızdakı insanlara daha yaxşı yoldaş olmaq, yaxşılıq və ehtiras dolu bir həyat yaşamaq, xoşbəxtliyi daha azda tapmağı öyrənmək, qəlbən daha açıq olmaq, təbiəti və planeti sevmək və həyat boyu qalacaq xatirələr toplamaqdır”.
Əvvəlcədən turun vaxtını 6 ay müəyyənləşdirsələr də, sonradan vaxtı artıraraq 9 ay ediblər, bloglarında yazdıqlarına görə, bu səyahətə həyatları boyunca davam etmə qərarı da ala bilərlər.
FOTO by: thebucketlistfamily
Cəmil Abbasov