Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir.
1news.az xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı iyulun 27-də Balakən şəhərindəki Mədəniyyət Mərkəzində Qax, Zaqatala və Balakən rayonlarından olan vətəndaşları qəbul edib.
Qəbul zamanı vətəndaşların müraciətləri əsasən, dini icmaların fəaliyyəti, onların dövlət qeydiyyatına alınması, məscidlərin təmiri, dini mərkəzlərin müvafiq ədəbiyyatla təminatı, dini maarifləndirmə üzrə layihələrin maliyyələşdirilməsi və digər məsələlərlə bağlı olub.
Müraciətlərin bir qismi yerindəcə öz həllini tapıb. Araşdırılmasına ehtiyac olan məsələlərin qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq tapşırıqlar verilib.
1news.az