Instagram sosial şəbəkəsində italyan biznesmen Canluka Vakkinin səhifəsində paylaşdığı həyat tərzi və gənc xanımı ilə videoları gündən-günə populyarlıq qazanır.
1news.az Tjournal.ru-ya istinadla verdiyi xəbərə görə, 49 yaşlı biznesmen SEA Societa Europea Autocaravan SpA şirkətinin rəhbəridir. Şirkət avtotreylerlər istehsal edərək, eyni zamanda əczaçılıq məmulatlarını qablaşdıran Fin Vacchi Finanziaria Vacchi-nin direktorlar şurasının üzvüdür.
Həyat tərzini öz ad və soyadının baş hərfləri ilə “GV Lifestyle” adlandıraraq, hətta buna “Enjoy” adlı kitab da həsr edib.
Çimərlik geyimində olan cütlüyün rəqs və fotolarından əlavə, biznesmenin bloqunda onun idman məşqlərinin, eləcə də çoxsaylı döymələrinin şəkilinə də rast gəlmək olar. Bu qədər döymələrinin olmasını soruşan jurnalistlərə Vakki belə cavab verib:
“Hər bir insanın həyatında belə bir an yaranır ki, “o, daxildən, yoxsa xaricdən çirklənməlidir?” və o, daxili təmizliyi seçir”.