Xəbərlər

Mahmud Xəqani: Xəzər enerji şəbəkəsi – region üçün “B planıdır”
26 iyul, 2016 15:28

“Neft bazarı yolayrıcındadır. Neftin əhəmiyyətli və qəfildən düşməsi qaçılmaz idi. Bu, başa çatdıqdan sonra neft bazarı təmizlənəcək və ortamüddətli perspektiv bərpa olunacaq. Lakin neftin qiyməti uzunmüddətli perspektivdə əvvəlki kimi 50 dollar olmayacaq”.

Bu, İranın neft-qaz sahəsində mütəxxəsisi, Mərkəzi Asiya və Xəzər dəniz departamentinin sabiq rəhbəri Mahmud Xəqaninin proqnozlarıdır.

Bu haqda Tehran Times saytında dərc olunan məqaləsində M.Xəqaninin Bakıda 10-22 iyul tarxilərində ADA Universitetindəki çıxışında qeyd edilib.

İranlı neft mütəxxəsisi Xəzər regionu üçün adaptasiyanı təklif edir. Belə ki, Xəzər enerji şəbəkəsinə (The Caspian Energy Grid – CEG) – enerji strategiyası, dəyərin aşağı düşməsilə əlaqədar əməkdaşlıqda tənzimlənmə, sərf olunmuş ehtiyatların aşağı enməsidir ki, buraya həmçinin bütün Xəzəryanı ölkələr də daxil olmalıdır.

Xərclərin aşağı salınması ilə bağlı strategiya analoji olaraq ABŞ-ın ExxonMobil şirkəti tərəfindən də tətbiq edilir ki, onun büdcəsi 40 aparıcı ölkələrin büdcəsini üstələyir.

M.Xəqani qeyd edir ki, CEG strategiyasının mahiyyəti xammal istifadə etməklə risklərin mübadiləsi hesabına Energy Clearing Union-la əldə edilmiş kreditlər çərçivəsində xərclər ödənilməsilə  məhsulun bölünməsindədir (sharing production).

Məqalənin müəllifi daha əvvəllər İranın şimal qazma şirkətində biznesin inkişafı və birgə layihələr üzrə məsləhətçi vəzifəsini tutub. Eləcə də, enrji, mineral ehtiyatlar və ətraf mühit üzrə Ekoloji İnkişaf Təşkilatının rəhbəri də olub.

Xəqani yazır:

“ADA-nın yay məktəbinin iştiakçısı bu cür sxemlə texnologiya təchizatçısının maraqlı olmasından şübhələnəndə, qeyd etdim ki, məşhur şotland mühəndis Ceyms Uayt mədənlərə su nasosları qoyaraq kömürün üçdə birinə qənaət edərək sərvət sahibi olub. Beləliklə, Uayt mühərriki yaxşılaşdırmaqla həm özü, həm də mədənçilər mənfəət əldə edirdi”.

Mahmud Xəqani CEG-in üç elementini ayırır – bu, Policy (hazırda istiqamətdir), People (insan potensialı), Pilots (pilot layihələr).

Policy  – prinsipi nöqteyi-nəzərindən dəyərin azalması təşkilatçının “ən az xərcli resurslar” prinsipi kimi qeyd oluna bilər.  Bu prinsipi iqtisadi cəhətdən əsaslandıran Xəqaninin sözlərinə görə, nə qədər ki, xərclənən ehtiyatlar dollarla qeyd edilərsə, resursların dollarla qənaəti bir o qədər də yüksək olacaq.

İkinci element – bu, People prinsipidir. Dövlət və özəl sektorda innovasiya və istedadların olmasıdır. Əgər dövlət sektoru araşdırmalarda uğur əldə edirsə, özəl sektor isə bunu həyata keçirməlidir, müəllif yazır. Lakin tarixi baxımdan sektorlar arasında əməkdaşlığın zəif olması göstərilir. 

M.Xəqani sektorlar arasındakı əməkdaşlıq məsələsinin eko-innovasiyalar sahəsində  güc toplamasını yeni format olaraq göstərir.

Pilot layihələrə (və ya eksperiment layihələr) – gəlincə, bunu beynəlxalq və regional sərhədlərdə yeni “Azad Enerji Zonlarında”, eləcə də sahil zonlarda tətbiq etmək planlaşdırılır.

Müəllifin qeyd etdiyi kimi, burada energetika və eko-innovasiya sahəsində əməkdaşlıq üçün yeni üsullar hüquqi baza baxımından zamanla həm bütün region, həm də onun hüdudları çərçivəsində  tətbiq edilə bilər.

Məqaləni NewsHub bölməsi vasitəsilə orjinaldan oxuyun:

Mahmood Khaghani: Caspian Energy Grid (CEG) – a Plan B for the region

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.