12 mindən çox ailə Mosulu tərk edib
26 iyul, 2016 13:51
Mosulun İŞİD terror qruplaşmasından azad edilməsi üçün aparılan əməliyyatlarla bağlı 12 min 500 ailə şəhəri tərk edib.
1news.az TRT Haber-ə istinadən xəbər verir ki, bu barədə Səlahəddin vilayətinin valisi Əhməd əl-Cuburi məlumat verib.
Onun sözlərinə görə, şəhəri tərk edənlərin vəziyyətlərini nəzarətdə saxlamaq üçün böhran mərkəzi təşkil ediləcək.
Beynəlxaq qurumların statistikasına görə, 2014-cü ilin iyun ayından etibarən evlərini tərk edib təhlükəsiz ərazilərə köçənlərin sayı 4 milyonu keçib.
Qeyd edək ki, Mosul şəhəri də həmin tarixdən etibarən İŞİD işğalı altındadır.
1news.az