İlham Əliyev Maldiv və Liberiya prezidentlərini təbrik edib
25 iyul, 2016 20:24
Prezident İlham Əliyev Maldiv Respublikasının prezidenti Abdulla Yamin Abdul Qəyyuma təbrik məktubu göndərib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, məktubda deyilir:
“Hörmətli cənab Prezident,
Maldiv Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Maldiv xalqına sülh və tərəqqi arzulayıram”.
Bundan başqa dövlət başçısı Müstəqillik günü münasibətilə Liberiya Respublikasının prezidenti xanım Ellen Conson-Serlifə də təbrik məktubu ünvanlayıb.
1news.az