Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının xüsusi iclası keçirilib.
1news.az xəbər verir ki, Müşahidə Şurasının sədri Umud Mirzəyev iclası açıq elan edərək gündəlikdəki məsələ barədə məlumat verib.
Gündəliyə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı ayrılması haqqında” 2016-cı il 21 iyul tarixli sərəncamına əsasən qəzetlərə birdəfəlik maliyyə yardımının ayrılması məsələsinin müzakirəsi daxil edilib. Sonra məsələ ətrafında müzakirələr başlayıb.
Aparılmış müzakirələr nəticəsində respublikada uzun illər ərzində sabit fəaliyyət göstərərək ictimaiyyət arasında nüfuz qazanmış, yüksək tirajı və dövriyyəsi olan, Azərbaycan qanunvericiliyinə və Jurnalistlərin Peşə Davranışı Qaydalarına ardıcıl şəkildə riayət edən gündəlik ictimai-siyasi qəzetlərə birdəfəlik maliyyə yardımının ayrılması barədə qərar qəbul edilib
Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı ayrılması haqqında" 2016-cı il 21 iyul tarixli sərəncamına əsasən maliyyə yardımı ayrılmış qəzetlərin siyahısı:
№ |
Nəşrin adı |
Ayrılmış məbləğ |
1. |
"Azərbaycan” qəzeti |
40.000 AZN |
2. |
"Bakinski raboçi” qəzeti |
40.000 AZN |
3. |
"Bakı Xəbər” qəzeti |
40.000 AZN |
4. |
"525-ci qəzet” |
40.000 AZN |
5. |
"Ekspress” qəzeti |
40.000 AZN |
6. |
"Ədalət” qəzeti |
40.000 AZN |
7. |
"Xalq qəzeti” |
40.000 AZN |
8. |
"İki sahil” qəzeti |
40.000 AZN |
9. |
"Kaspi” qəzeti |
40.000 AZN |
10. |
"Kaspiy” qəzeti |
40.000 AZN |
11. |
"Mövqe” qəzeti |
40.000 AZN |
12. |
"Olaylar” qəzeti |
40.000 AZN |
13. |
"Palitra” qəzeti |
40.000 AZN |
14. |
"Respublika” qəzeti |
40.000 AZN |
15. |
"Səs” qəzeti |
40.000 AZN |
16. |
"Şərq” qəzeti |
40.000 AZN |
17. |
"Şərq qapısı” qəzeti |
40.000 AZN |
18. |
"Yeni Azərbaycan” qəzeti |
40.000 AZN |
19. |
"Yeni Müsavat” qəzeti |
40.000 AZN |
20. |
"Azad Azərbaycan” qəzeti |
30.000 AZN |
21. |
"Bizim yol” qəzeti |
30.000 AZN |
22. |
"Exo” qəzeti |
30.000 AZN |
23. |
"Həftə içi” qəzeti |
30.000 AZN |
24. |
"Xalq Cəbhəsi” qəzeti |
30.000 AZN |
25. |
"Novoye vremya” qəzeti |
30.000 AZN |
26. |
"Paralel” qəzeti |
30.000 AZN |
27. |
"Üç nöqtə” qəzeti |
30.000 AZN |
1news.az